Vətənim Media xəbər verir ki, “Al Hadath” telekanalının məlumatına görə, İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək Türkiyədə görüşməyi təklif ediblər.
Telekanalın mənbələri vasitəçilərlə İran arasında görüşün Türkiyədə keçirilməsi ilə bağlı məsləhətləşmələrin aparıldığını bildiriblər. Təklifə Hörmüz boğazının açılması, ABŞ-ın blokadasının aradan qaldırılması və İranın nüvə proqramının müzakirəsi daxildir. Təşəbbüsün şərtlərindən biri beynəlxalq müfəttişlərin İranın nüvə obyektlərinə buraxılmasıdır.
Əsas mənbə: APA
