Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə və İspaniya xalqına başsağlığı verib. O, İspaniyada iki sürət qatarının toqquşması nəticəsində baş verən faciədən kədərləndiyini bildirib, həlak olanların ailələrinə başsağlığı çatdırıb və yaralılara tezliklə sağalmağı arzulayıb.
Qəzanın son məlumata görə, 68 nəfər həlak olub, xeyli insan yaralanıb. Faciə ilə əlaqədar İspaniyada üç günlük matəm elan edilib.
Əsas mənbə: APA
