Vətənim Media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Səlim bin Məhəmməd əl-Maliklə görüşüb. APA-nın məlumatına görə, tərəflər əməkdaşlığın perspektivlərini müzakirə edib və görüşdən sonra yeni saziş imzalayıblar.
Saziş “Natəvan Mədəni İrs Mükafatı”nın növbəti təqdimatını, eləcə də Toqo, Burkina-Faso, Niger, Benin və Kot-d’İvuarı əhatə edən “Qərbi Afrikada mədəniyyət və inkişaf vasitəsilə sülh” regional layihəsini nəzərdə tutur. Sənəddə İslam dünyasında süni intellekt indeksinin davam etdirilməsi və bu sahədə əməkdaşlığı müzakirə etmək üçün nazirlər səviyyəsində görüş keçirilməsi də yer alıb.
Əsas mənbə: APA
