Vətənim Media xəbər verir ki, APA-nın təhlilində Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsinə töhfələrini dəyərləndirib. O, Prezident İlham Əliyevin oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Səlim bin Məhəmməd əl-Maliki ilə görüşünü İslam dünyası ilə əlaqələrin və humanitar əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli sayıb. Akimovanın sözlərinə görə, ICESCO rəhbəri müsəlman ölkələrində təhsilə göstərilən dəstəyi, Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüslərini yüksək qiymətləndirib.
Deputat İslam təşkilatları çərçivəsində təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini vacib hesab edib. O, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu Azərbaycanın dialoq və qarşılıqlı anlaşma təşəbbüslərinin nümunəsi kimi göstərib. Akimova həmçinin Azərbaycanın gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini və təşkilata sədrlik edəcəyini qeyd edib.
Akimova Heydər Əliyev Fondunun təhsil, humanitar yardım və mədəni irsin qorunması sahəsindəki layihələrini İslam həmrəyliyinə töhfə kimi dəyərləndirib. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə məscidlərin və tarixi abidələrin bərpası, eləcə də Fondun xarici ölkələrdə dini və tarixi irsin qorunması istiqamətində gördüyü işlər bu fəaliyyətin tərkib hissəsidir.
Əsas mənbə: APA
