Vətənim Media xəbər verir ki, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan üzrə nümayəndəsi Aliya Əzimova kənd təsərrüfatının maliyyələşdirilməsində məhsul şəhadətnamələri kimi yeni alətlərdən istifadə potensialı olduğunu bildirib. O, bu barədə XII Azərbaycan Mikromaliyyə Konfransında çıxış edib.
Əzimovanın sözlərinə görə, belə alətlər fermerlər, alıcılar və maliyyə institutları arasındakı əlaqələri gücləndirə bilər. Milli Məclisdə nəzərdən keçirilən qanun layihəsinin bu istiqamətdə yeni maliyyələşmə imkanları yaratmasına ümid etdiyini deyən IFC nümayəndəsi, həmçinin investisiyaların cəlb edilməsini, rəqəmsal kredit skorinqini və fintex şirkətləri ilə tərəfdaşlığı sektorun inkişafı üçün əhəmiyyətli sayıb.
Əsas mənbə: APA
