Vətənim Media xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat təşkilatın Azərbaycan hökuməti və tərəfdaşlarla birgə işi davam etdirməyə sadiq olduğunu bildirib. O, bu fikirləri Ümumdünya Qida Gününə həsr olunmuş tədbirdə səsləndirib.
Hayatın sözlərinə görə, kənd təsərrüfatında innovasiyanın inkişafı kənd yerlərinin təbii resurslarının qorunması ilə uzlaşdırılmalıdır. Su ehtiyatlarından səmərəli istifadə, torpaq sağlamlığının qorunması, istehsalın şaxələndirilməsi və iqlimlə bağlı dəqiq məlumatların əldə olunması bir-birini tamamlayan istiqamətlərdir. Bu hədəflərə yalnız bir qurumun səyi ilə çatmaq mümkün deyil: dövlət qurumları, universitetlər, özəl sektor, inkişaf tərəfdaşları və fermerlərin birgə fəaliyyəti vacibdir. FAO həmin prioritetlərin praktik tədbirlərə çevrilməsi üçün Azərbaycan hökuməti və tərəfdaşları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Əsas mənbə: APA
