Azərbaycanda süni intellekt və yaşıl iqtisadiyyat üzrə standartlar planlaşdırılır

Şrift
🔊 Xəbəri dinlə — Babək
Azərbaycanda süni intellekt və yaşıl iqtisadiyyat üzrə standartlar planlaşdırılır

Vətənim Media xəbər verir ki, Azərbaycanda rəqəmsallaşma, süni intellekt, yaşıl iqtisadiyyat və enerji sahələrini əhatə edən yeni dövlət standartlarının qəbul edilməsi nəzərdə tutulur. Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov Ümumdünya Standartlaşdırma Gününə həsr olunan media təlimində danışıb.

Həsənov bildirib ki, standartlaşdırma üzrə gələcək işlər ölkənin iqtisadi prioritetlərinə uyğun davam etdiriləcək. Yeni standartların ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə və enerji səmərəliliyi istiqamətlərində də qəbul edilməsi və təşviqi planlaşdırılır. Növbəti mərhələdə standartların sayının artırılması ilə yanaşı, onların iqtisadiyyatın ehtiyaclarına uyğunlaşdırılması, sahibkarlar üçün əlçatanlığının genişləndirilməsi və praktik tətbiqinin dəstəklənməsi nəzərdə tutulur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗