İsraildə səslərin 32,5 faizi sayılıb: Netanyahu blokunda 59 mandat

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İsraildə səslərin 32,5 faizi sayılıb: Netanyahu blokunda 59 mandat

Vətənim Media xəbər verir ki, İsrail Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, seçki qutularının 32,5 faizindəki səslər hesablanıb. Benyamin Netanyahunu dəstəkləyən blok hazırda Knessetdə 59, müxalifət bloku isə 46 mandat əldə edir.

Hökumət qurmaq üçün parlamentdə ən azı 61 deputatın dəstəyi lazımdır. Üç siyasi qüvvə seçki baryerini keçə bilməyib. Səslərin hesablanması, o cümlədən hərbi qulluqçuların ikiqat zərflərdə verdiyi bülletenlərin sayılması davam edir, buna görə nəticələr dəyişə bilər. Netanyahu tərəfdarları ilə seçkiləri qeyd etsə də, qələbəsini elan etməyib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗