Vətənim Media xəbər verir ki, oktyabrın 23-də Ucar rayonunda “Aqrar Biznes” və “I Çəltik” festivalları keçirilib. Tədbirdə yerli düyü sortları və fermerlərin istehsal etdiyi məhsullar nümayiş etdirilib.
Festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ucar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çəltikçilikdə məhsuldarlığın və keyfiyyətin artırılmasının, müasir becərmə üsullarının tətbiqinin, saxlanma və emal infrastrukturunun inkişafının prioritet olduğunu bildirib.
Tədbirdə fermerlər, sahibkarlar və aqrar sahənin digər iştirakçıları üçün sərgi və nümayişlər təşkil olunub. Nazir Məcnun Məmmədov, gənclər və idman naziri Fərid Qayıbov, eləcə də Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov festivalda iştirak ediblər.
Əsas mənbə: APA
