Vətənim Media xəbər verir ki, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Azərbaycanla münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün imkanların olduğunu bildirib. APA-nın məlumatına görə, o, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Cayşankar Bakıya səfərini Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində liderlərin görüşünün davamı kimi qiymətləndirib. O bildirib ki, müzakirələr zamanı iki ölkənin münasibətləri, investisiyalar, ticarət və nəqliyyat bağlantıları nəzərdən keçirilib. Hindistan şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna investisiya yatırmaqda maraqlı olduğunu da qeyd edib.
Əsas mənbə: APA
