“Akba” qızıl yatağının işlənməsi üçün ilkin mərhələyə 7,8 milyon dollar ayrılması planlaşdırılır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“Akba” qızıl yatağının işlənməsi üçün ilkin mərhələyə 7,8 milyon dollar ayrılması planlaşdırılır

Vətənim Media xəbər verir ki, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xarici investorlarla görüşündə Qaşqadərya vilayətindəki “Akba” qızıl yatağının işlənməsi planları barədə danışıb. APA-nın məlumatına görə, yatağın hazırlanması və əlavə geoloji kəşfiyyat işləri üçün layihənin ilkin mərhələsində 7,8 milyon dollar investisiya yatırılması nəzərdə tutulur.

Yatağın istismara hazırlanmasının növbəti mərhələləri üçün investisiyanın ən azı 100 milyon dollar olacağı proqnozlaşdırılır. İlkin hesablamalar layihənin 200-dək yeni iş yeri yarada biləcəyini göstərir. Yekun investisiya qərarının 2028-ci ildə verilməsi planlaşdırılır. Mənbədə qeyd olunur ki, investisiya və məşğulluq göstəriciləri geoloji kəşfiyyat, resursların qiymətləndirilməsi və texniki-iqtisadi təhlildən sonra dəqiqləşdiriləcək.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗