Vətənim Media xəbər verir ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryanın həbs müddətini iki ay uzadıb. Vəkil Hakob Küreqyan qərar barədə jurnalistlərə məlumat verib.
Ermənistan Baş Prokurorluğu Robert Koçaryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə cinayət təqibi başladıb. Sedrak Koçaryan da daxil olmaqla daha doqquz nəfər barəsində cinayət işi açılıb.
Əsas mənbə: APA
