Vətənim Media xəbər verir ki, Bakıda altı istiqamətdə nəqliyyat sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Sıxlıq Bakı-Sumqayıt şosesində “20 Yanvar” metro stansiyası istiqamətində, Ziya Bünyadov prospektində Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyədək, eləcə də Əbdülvahab Salamzadə və Atatürk küçələrində Ziya Bünyadov prospekti istiqamətində qeydə alınıb.
Heydər Əliyev prospektinin mərkəz istiqamətindəki köməkçi yolunda və 28 May küçəsində, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək də sıxlıq var.
Əsas mənbə: APA
