Ramiz Mustafayevin 100 illiyi “Yadıma sən düşürsən” konserti ilə qeyd olunub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Ramiz Mustafayevin 100 illiyi “Yadıma sən düşürsən” konserti ilə qeyd olunub

Vətənim Media xəbər verir ki, oktyabrın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar, Xalq artisti və professor Ramiz Mustafayevin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

“Yadıma sən düşürsən” adlı gecədə Əməkdar artist Ramil Qasımov bəstəkarın mahnı və romanslarını ifa edib. Konserti Əməkdar artist Əyyub Quliyev idarə edib, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri musiqiçiləri müşayiət edib.

Tədbirdə akademik, Milli Məclis sədrinin müavini Rafael Hüseynov Ramiz Mustafayevin Azərbaycan musiqi mədəniyyətinə xidmətlərindən və yaradıcılıq irsindən danışıb. Konsertdə Əməkdar artist Nərgiz Əliyeva, nağara ifaçısı Soltan Əliyev və tar ifaçısı Cavanşir Rüstəmbəyli də iştirak ediblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗