Vətənim Media xəbər verir ki, Cəlilabad rayonundakı Zəvvar ovçuluq təsərrüfatının ərazisində yanğın baş verib. Yanğın təsərrüfatın mərkəzi hissəsində, Bakı-Astara magistralının kənarında müşahidə olunur.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerindədir. Yanğının söndürülməsi və lokallaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Əsas mənbə: APA


