Vətənim Media xəbər verir ki, Xalq rəssamı Fərhad Xəlilov “İstiqlal” ordenini Prezident İlham Əliyevdən qəbul edərkən onun dizaynını hazırlayanda bir gün bu mükafatı alacağını düşünmədiyini deyib.
Prezident İlham Əliyev ordenin müəllifinin də Xəlilov olduğunu bildirib. Rəssam isə çıxışında 44 günlük müharibədə qazanılan Zəfərin və Prezidentin müsahibələrinin Azərbaycanın dünyaya tanıdılmasında rolunu vurğulayıb. O, Heydər Əliyevin açdığı siyasi yolun uğurla davam etdirildiyini qeyd edib.
Əsas mənbə: APA
