Neftçalada 13 yaşlı velosipedçi traktorun qoşqusuna çırpılaraq ölüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Neftçalada 13 yaşlı velosipedçi traktorun qoşqusuna çırpılaraq ölüb

Vətənim Media xəbər verir ki, oktyabrın 22-də saat 18:00 radələrində Neftçalanın Həsənabad qəsəbəsində 13 yaşlı velosipedçi traktorun qoşqusu ilə toqquşub və hadisə yerində həyatını itirib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin APA-ya verdiyi məlumata görə, uşaq yol kəsişməsində velosiped sürərkən çiynindəki portativ səsucaldıcıdan musiqi dinləyirmiş. Traktoru F. Həsənov idarə edib. Hadisə ilə bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi azyaşlıları ikitəkərli nəqliyyat vasitələrini idarə edərkən təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb və valideyn nəzarətinin vacibliyini vurğulayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗