Vətənim Media xəbər verir ki, Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi baş tutub. APA-nın məlumatına görə, tədbirdə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi və islamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos, mədəniyyət naziri Adil Kərimli, forum iştirakçılarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Mərasimdə forumun panel müzakirələrinin və plenar sessiyalarının qlobal sülhə, qarşılıqlı anlaşmaya və mədəniyyətlərarası inteqrasiyaya töhfəsi vurğulanıb. Azərbaycanın ev sahibliyi etdiyi platformanın fərqli sivilizasiyalar arasında əlaqələrin qurulmasına və dini-mədəni müxtəlifliyin qorunmasına xidmət etdiyi bildirilib. Forumun təşkilinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edilib. Bağlanış bədii proqramla davam edib. İştirakçıların sabah Qarabağa səfəri nəzərdə tutulub.
Əsas mənbə: APA
