Vətənim Media xəbər verir ki, İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilən kreditlərə dair qaydalara dəyişiklik edilib. APA-nın Fonda istinadən yaydığı məlumata görə, satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə Fondla qüvvədə olan müqaviləsi olan şəxslər əsas borcalan kimi ipoteka krediti ala bilməyəcəklər.
Müraciətlərdə “SİMA İmza”nın üztanıma texnologiyasından da istifadə olunacaq. Vətəndaşlar biometrik identifikasiya ilə müraciətlərini təsdiqləyə biləcəklər. Təlimat “MyGov” portalında yerləşdirilib.
Fondun məlumatına görə, indiyədək müvəkkil banklar vasitəsilə 61 minə yaxın kredit verilib; ümumi məbləğ 4 milyard 185 milyon manatdır. Kredit alanların 67 faizini gənclər və gənc ailələr təşkil edib.
Əsas mənbə: APA
