SİMA İmza səlahiyyətini başqa şəxsə onlayn və müddətsiz vermək mümkün olacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz
SİMA İmza səlahiyyətini başqa şəxsə onlayn və müddətsiz vermək mümkün olacaq

Vətənim Media xəbər verir ki, fərdi sahibkarlar və hüquqi şəxslər SİMA İmza səlahiyyətini Kabinetim bölməsindən başqa şəxslərə rəqəmsal qaydada verə biləcəklər. Bu imkan həmin şəxslərin adından vergi, gömrük, bank və digər biznes əməliyyatlarını aparmağa şərait yaradır.

Səlahiyyət vermək üçün şəxsin FİN kodunu daxil etmək və ona uyğun rol seçmək lazımdır. Səlahiyyət verilən şəxsin müəssisədə işləməsi tələb olunmur, lakin onun həmin müəssisənin VÖEN-i üzrə SİMA biznes imza sertifikatı olmalıdır. Səlahiyyət müddətsiz verilir və sahibkar onu istənilən vaxt ləğv edə bilər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗