Asiya fond bazarlarında qarışıq dinamika: Yaponiya indeksləri geriləyib

Şrift
🔊 Xəbəri dinlə — Novruz
Asiya fond bazarlarında qarışıq dinamika: Yaponiya indeksləri geriləyib

Vətənim Media xəbər verir ki, həftənin ilk ticarət günündə Asiya-Sakit okean regionunun əsas fond indeksləri fərqli istiqamətlərdə hərəkət edib. Yaponiyanın “Nikkei 225” indeksi 0,86 faiz, “TOPIX” isə 0,16 faiz azalıb.

Honq-Konqun “Hang Seng” indeksi 0,52 faiz, Çinin “CSI 300” göstəricisi 0,09 faiz, Avstraliyanın “S&P/ASX 200” indeksi isə 0,27 faiz yüksəlib. Region üzrə “MSCI AC Asia Pacific” indeksi 1,17 faiz artaraq 264,19 bəndə çatıb.

APA-Economics-in məlumatına görə, əvvəlki günlərdə süni intellekt və yarımkeçirici sektorlarında baş verən satışlardan sonra investorların səhmləri yenidən alması bəzi bazarlara dəstək verib. Bununla yanaşı, süni intellekt layihələrinin maliyyələşmə xərcləri, ABŞ-da inflyasiya və faiz dərəcələri ilə bağlı narahatlıqlar investorların ehtiyatlı davranmasına səbəb olub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗