Vətənim Media xəbər verir ki, Alberta əyalətindəki Ueynrayt hərbi bazasında yanğın nəticəsində 4 hərbçi ölüb, 39 nəfər xəstəxanaya yerləşdirilib. APA-nın CTV telekanalına istinadən yaydığı məlumata görə, yaralılardan 19-nun vəziyyəti kritik, 8-nin vəziyyəti stabildir. Daha 12 nəfər ambulator müalicə alır.
Yanğın oktyabrın 17-də hərbi təlim zamanı başlayıb. Kanada ordusunun general-mayoru Ueyd Ratlend alovun küləyin istiqamətinin qəfil dəyişməsi nəticəsində sürətlə yayıldığını bildirib. Onun sözlərinə görə, yanğın 30–60 saniyəyə təxminən bir kilometr məsafə qət edib və hərbçilər alovun təsiri altına düşüblər.
Kanadanın Baş naziri Mark Karni həlak olanların ailələrinə başsağlığı verib. Silahlı Qüvvələr yanğının terror aktı ilə əlaqəli olduğuna dair əlamətlərin olmadığını bildirib. Hadisənin səbəbləri araşdırılır.
Əsas mənbə: APA
