Vətənim Media xəbər verir ki, ABŞ-ın müdafiə naziri Pit Heqset İsrailə səfəri zamanı Baş nazir Benyamin Netanyahu ilə görüşüb. “Axios” portalının məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, görüş oktyabrın 19-da baş tutub.
Portalın yazdığına görə, səfər ABŞ Prezidenti Donald Trampın 27 oktyabr 2026-cı ildə keçirilməsi planlaşdırılan İsrail parlament seçkilərində Netanyahunun namizədliyini dəstəkləməsindən bir gün sonraya təsadüf edib. Danışıqların təfərrüatları açıqlanmayıb.
Əsas mənbə: APA
