Vətənim Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları istənilən vaxt sərtləşdirmək səlahiyyətinin olduğunu bildirib. Jurnalistlərin yeni sanksiyaların niyə tətbiq edilmədiyi barədə sualını cavablandıran Tramp, danışıqlar nəticə verməsə, bu addımı dərhal ata biləcəyini deyib.
Tramp sanksiyaların hələlik təxirə salınmasını Moskva ilə davam edən danışıqlarla izah edib. Onun sözlərinə görə, Vaşinqton və Moskva əsasən Ukraynadakı müharibənin dayandırılmasını müzakirə edir. Tərəflər Rusiyada saxlanılan ABŞ vətəndaşının azad olunması və İranla bağlı məsələlər üzrə də təmasdadır.
ABŞ Prezidenti Respublikaçılar Partiyasının üzvlərinin əksəriyyətinin sanksiyaların hələlik tətbiq edilməməsi qərarını anlayışla qarşıladığını bildirib.
Əsas mənbə: APA
