Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Azərbaycan Ordusu 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərini işğaldan azad edib. Əks-hücum əməliyyatı həmin il sentyabrın 27-də başlayıb.
Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri ilə yanaşı, Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlı kəndlərinin azad olunduğunu elan edib. Rayonun azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb.
Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da işğal edilmişdi. 20 oktyabr Zəngilan şəhəri günü kimi təsis olunub.
Əsas mənbə: APA
