Biləsuvarda avtomobil aşıb: sərnişin ölüb, sürücü xəstəxanaya yerləşdirilib

Şrift
Biləsuvarda avtomobil aşıb: sərnişin ölüb, sürücü xəstəxanaya yerləşdirilib

Vətənim Media xəbər verir ki, Biləsuvar-Bəhrəmtəpə yolunda avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Sərnişin, 1996-cı il təvəllüdlü Elnur Rüstəmov hadisə yerində ölüb. Xəsarət alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗