Bavariyada sorğuda iştirak edənlərin 57 faizi Merzin istefasını dəstəkləyib

Şrift
Bavariyada sorğuda iştirak edənlərin 57 faizi Merzin istefasını dəstəkləyib

Vətənim Media xəbər verir ki, “Münchner Merkur” qəzetinin GMS institutu tərəfindən “Sat 1 Bayern”in sifarişi ilə keçirilən sorğusunda Bavariya sakinlərinin 57 faizi Almaniya kansleri Fridrix Merzin istefasını dəstəkləyib. Respondentlərin 32 faizi isə onun vəzifəsindən ayrılmasına qarşı çıxıb.

Xristian Sosial İttifaqının tərəfdarları arasında da fikir ayrılığı qeydə alınıb: onların 50 faizi Merzin istefasını istəyib, 42 faizi isə kanslerin vəzifəsində qalmasını dəstəkləyib. Sorğu oktyabrın 14-dən 19-dək 1011 nəfər arasında aparılıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗