MKA: Biletləri yalnız iTicket.az-ın rəsmi kanallarından alın

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
MKA: Biletləri yalnız iTicket.az-ın rəsmi kanallarından alın

Vətənim Media xəbər verir ki, Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) iTicket.az platformasının adından istifadə edən saxta səhifələr və veb-resurslarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Agentliyin APA-ya verdiyi məlumata görə, həmin resurslarda saxta bilet və kampaniya təklifləri ilə istifadəçilərin bank kartı və digər həssas məlumatlarını ələ keçirməyə cəhd göstərilə bilər. MKA biletləri yalnız iTicket.az-ın rəsmi saytı və təsdiqlənmiş satış kanallarından almağı, şübhəli elanlara ehtiyatla yanaşmağı tövsiyə edir.

Agentlik ödənişdən əvvəl saytın və səhifənin həqiqiliyini yoxlamağı, şübhəli resurslarda şəxsi və maliyyə məlumatlarını paylaşmamağı, belə hallarla rastlaşdıqda isə müvafiq platformaya məlumat verməyi məsləhət görür.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗