Vətənim Media xəbər verir ki, Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə vətəndaşların, o cümlədən dövlət rəsmilərinin yaxınlarının hədəf alındığı kütləvi kiberdələduzluq cəhdləri barədə xəbərdarlıq edib. APA-nın agentliyə istinadən yaydığı məlumata görə, dələduzlar telefon zəngləri və WhatsApp vasitəsilə özlərini dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edir, süni intellektlə səs təqlidi və saxta keçidlərdən istifadə edirlər.
Agentlik bildirir ki, bu üsullarla insanları təşvişə salaraq fərdi və bank məlumatlarını, eləcə də pullarını ələ keçirməyə çalışırlar. Vətəndaşlara şübhəli zəng və mesajlara cavab olaraq tələsməmək, məlumatı rəsmi mənbədən dəqiqləşdirmək, bank kartı məlumatlarını və təsdiq kodlarını başqaları ilə bölüşməmək tövsiyə olunub. Yaşlı ailə üzvlərinin də bu cəhdlər barədə məlumatlandırılması məsləhət görülüb.
Əsas mənbə: APA
