Vətənim Media xəbər verir ki, Baş prokuror Kamran Əliyev APA-ya bildirib: Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulub. O, Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin bu sahədə fəaliyyət göstərən hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə jurnalistlərə açıqlama verib.
Kamran Əliyevin sözlərinə görə, konvensiya yaxın zamanda ratifikasiya ediləcək, müddəaları isə Azərbaycan qanunvericiliyinə uyğun tətbiq olunacaq. O qeyd edib ki, gələn ildən İƏT-ə sədrlik edəcək Azərbaycan həmin dövrdə təşkilatın üzvləri ilə, o cümlədən korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq edəcək.
Əsas mənbə: APA
