Vətənim Media xəbər verir ki, dövlət qurumlarında süni intellekt texnologiyalarının təhlükəsiz tətbiqi üçün yeni tələblərin hazırlanması barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov məlumat verib. O, bunu Bakıda keçirilən Dövlət Qurumlarının İT Rəhbərlərinin VIII Zirvə Toplantısında deyib. Tələblərin yaxın vaxtlarda qəbul edilərək dövlət qurumlarında tətbiqinə başlanması nəzərdə tutulur.
Novruzovun sözlərinə görə, etik süni intellektlə bağlı normativ qaydalar hazırlanacaq, dövlət qurumlarında təbii dil emalı modellərinin tətbiqi üzrə işlər görüləcək. Azərbaycan Standartlaşdırma İnstitutu süni intellekt sahəsində etika, idarəetmə, təsir, audit və sınaq istiqamətlərini əhatə edən beş standart qəbul edib. Nazirlər Kabineti isə 2026-cı il üçün bu sahədə 11 prioritet istiqamət müəyyənləşdirib.
Daxili İşlər, Ədliyyə və Kənd Təsərrüfatı nazirliklərində süni intellekt həllərinin tətbiqi üzərində iş gedir. Novruzov bildirib ki, İqtisadiyyat Nazirliyində superkompüterlər quraşdırılaraq dövlət qurumlarının istifadəsinə verilib; “AzInTelecom”da da superkompüterlər quraşdırılır.
Əsas mənbə: APA
