Vətənim Media xəbər verir ki, Şabran rayonunda leysan və güclü selin zədələdiyi iki avtomobil yolunda bərpa işləri tamamlanıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Düzbilici–Vələsi–Çinarlar yolunun 5-ci kilometrində örtük bərpa edilib, 8-ci kilometrində suötürücü boru quraşdırılıb. Yolun 16-cı və 18-ci kilometrlərində iki körpü tikilib. Şabran–Qalaaltı yolunun 6-cı kilometrində də yeni suötürücü boru inşa olunub.
Agentliyin məlumatına görə, işlər Prezidentin müvafiq sərəncamı əsasında aparılıb. Selin fəsadları aradan qaldırılıb və nəqliyyatın təhlükəsiz hərəkəti təmin olunub.
Əsas mənbə: APA
