Vətənim Media xəbər verir ki, 2 saylı uşaq evinin və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin sakinləri “Cənnətin ariyası” layihəsi çərçivəsində konsert proqramı təqdim ediblər. APA-nın məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirak ediblər.
Leyla Əliyeva və Arzu Əliyeva müəssisələrin sakinləri ilə söhbət edib, onlarla xatirə şəkilləri çəkdiriblər. Layihə Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.
Əsas mənbə: APA
