Vətənim Media xəbər verir ki, oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Şamaxı şəhərindəki sosial tikiş müəssisəsinə baş çəkiblər. APA-nın məlumatına görə, qonaqlara burada qadınlar üçün yaradılan iş imkanları və sosial dəstək barədə məlumat verilib.
“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə yaradılan müəssisədə hazırda 21 qadın çalışır. Dövlət dəstəyi ilə 10 qadınla fəaliyyətə başlayan müəssisə sonradan Göylər kəndində filial açıb. Hər iki müəssisədə ümumilikdə 50-yə yaxın qadın, o cümlədən tənha analar və aztəminatlı ailələrin nümayəndələri işləyir.
Əsas mənbə: APA
