Vətənim Media xəbər verir ki, Suriyanın İdlib vilayətinin şərqində, Sarakib şəhəri yaxınlığındakı silah-sursat anbarında güclü partlayış olub. APA-nın “Shafaq News” agentliyinə istinadən yaydığı məlumata görə, anbarda saxlanılan sursatların partlaması bir neçə ardıcıl partlayışa səbəb olub.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı barədə rəsmi məlumat verilməyib. Partlayışın səbəbi və anbardakı sursatların mənşəyi məlum deyil.
Əsas mənbə: APA
