Vətənim Media xəbər verir ki, oktyabrın 26-da Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçası istifadəyə verilib. APA-nın məlumatına görə, açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak edib, müəssisədə yaradılan şəraitlə tanış olublar.
Fondun inşa etdiyi bağça 110 yerlikdir və uşaqlar burada altı qrupda təlim-tərbiyəyə cəlb olunacaqlar. Binada yataq otaqları, qrup və informatika otaqları, tibb otağı, musiqi və gimnastika zalları, yeməkxana, eləcə də uşaqlar üçün oyun meydançası yaradılıb. Bağçanın müdiri Səidə Zahidovanın sözlərinə görə, 1969-cu ildə tikilmiş köhnə bina istifadəyə yararsız olduğundan yenisinin inşasına ehtiyac yaranmışdı.
Əsas mənbə: APA
