Vətənim Media xəbər verir ki, oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıdakı “Nəsimi Bağları” kompleksində olublar. APA-nın məlumatına görə, onlar əvvəlcə ərazidəki incəsənət əsərlərinə baxıb, sonra “Capybara Cafe”ni ziyarət ediblər.
Qonaqlar daha sonra “Capybara Azerbaijan” fermasında yaradılan şəraitlə tanış olub və kapibaraları yemləyiblər. Ölkədə ilk kapibara ferması olan məkan ekoloji turizmin inkişafına və heyvanlara qayğıkeş münasibətin təşviqinə dəstək məqsədilə yaradılıb. Ferma kapibaralar üçün qapalı və açıq hovuzlar, fərdi vannalar, su filtrasiyası və avtomatik nəmləndirmə sistemləri ilə təchiz olunub.
Leyla Əliyeva və Alyona Əliyeva kompleksdəki “Magic Village” ərazisində də olublar.
Əsas mənbə: APA
