Vətənim Media xəbər verir ki, Türkiyə Rusiyanı və Ukraynanı Qara dənizdə ticarət gəmilərinə hücumları dayandırmağa çağırıb. Müdafiə naziri Yaşar Gülər Türkiyə bayrağı altında üzən və Türkiyə şirkətlərinə məxsus gəmilərə zərbə endiriləcəyi halda Ankaranın qanuni tədbirlər görmək hüququnu özündə saxladığını bildirib.
“Reuters”in məlumatına görə, Gülər bu açıqlamanı oktyabrın 28-də Sofiyada Qara dəniz regionu ölkələrinin müdafiə nazirləri və hərbi rəhbərlərinin görüşündən sonra verib. O, açıq dənizdə gəmiçiliyin təhlükəsizliyi prinsipinə əməl etməyə çağırıb və hücumların dayandırılması ilə bağlı Türkiyənin təklifinə Rusiya və Ukraynadan cavab gözlədiklərini deyib.
Əsas mənbə: APA
