XİN Fransaya səfərlə bağlı ehtiyatlı olmağa çağırdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
XİN Fransaya səfərlə bağlı ehtiyatlı olmağa çağırdı

Vətənim Media xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Fransada son günlər iğtişaşların, zorakılıq və vətəndaş itaətsizliyi hallarının geniş yayıldığını nəzərə alaraq, zəruri olmadıqda bu ölkəyə səfər etməməyi tövsiyə edib.

XİN Fransaya gedən Azərbaycan vətəndaşlarını ehtiyatlı olmağa, ölkədə olanları isə təhlükəsizlik tədbirlərinə riayət etməyə, kütləvi toplaşma yerlərindən uzaq durmağa və rəsmi məlumatları izləməyə çağırıb. Fövqəladə vəziyyətdə vətəndaşlardan Azərbaycanın Fransadakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗