Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycanda Türkiyə bayrağının endirilməsinə cəhd edildiyi barədə yayılan iddiaları dezinformasiya adlandırıb. Mərkəzin “X” hesabındakı paylaşımda görüntülərin köhnə olduğu bildirilib.
Mərkəzin açıqlamasına görə, görüntülərin çəkildiyi vaxt Türkiyə bayrağına qarşı təxribata Azərbaycan vətəndaşları ilk və ən sərt reaksiyanı verib. Paylaşımda bayrağın endirilməsi hadisəsinin baş vermədiyi qeyd olunub. Mərkəz köhnə görüntülərin yeni hadisə kimi təqdim edilməsinin Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini hədəf aldığını bildirib və ictimaiyyəti manipulyasiyalara qarşı diqqətli olmağa çağırıb.
Əsas mənbə: APA
