Vətənim Media xəbər verir ki, oktyabrın 21-də saat 08:00-dan Abşeron rayonundakı Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində təmir işləri başlayacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin APA-ya verdiyi məlumata görə, təmir müddətində həmin hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərə alternativ yollardan istifadə etmək və hərəkət zamanı diqqətli olmaq tövsiyə edilib.
Əsas mənbə: APA
