“Ananın duası” sənədli filmi Moskva Yəhudi İcmasında nümayiş etdirilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“Ananın duası” sənədli filmi Moskva Yəhudi İcmasında nümayiş etdirilib

Vətənim Media xəbər verir ki, rejissor Rüfət Əsədovun “Ananın duası” sənədli filmi Moskva Yəhudi İcmasında nümayiş olunub. APA-nın məlumatına görə, tədbir Moskva Yəhudi İcma Mərkəzinin Amfiteatr zalında, Yana Lyubarskayanın rəhbərlik etdiyi “Yaxşı axşam” klubunun təşkilatçılığı ilə keçirilib.

İsrailin “Sholumi” Mərkəzi ilə birgə hazırlanan film Oğuzda doğulmuş ravvin Şmuel Simantovun həyatından bəhs edir. Ekran əsərində onun anası Batyənin oğlunun sinaqoq tikmək arzusu naminə topladığı vəsaiti ona bağışlaması da təqdim olunur. Filmin prodüseri “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tovdur.

Nümayişdən sonra çıxış edən Əsədov Azərbaycanda müxtəlif xalqların və dini icmaların nümayəndələrinə hörmət ənənələrindən danışıb. Film daha əvvəl Azərbaycan, İsrail, Almaniya və Rusiyada nümayiş etdirilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗