Vətənim Media xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının Ukrayna ilə bağlı mövqeyini tənqid edib. O, Aİ-ni müharibəni qızışdırmaq və uzatmaq məqsədi güdən təxribatçı mövqe tutmaqda ittiham edib və Rusiyanın belə iştirakçılara ehtiyac duymadığını bildirib. Peskovun sözlərinə görə, sülhə nail olmaq istəyən ABŞ-ın da Aİ kimi danışıqçılara ehtiyacı çətin ki, olsun.
Kremlin sözçüsü xatırladıb ki, Ukrayna üzrə üçtərəfli danışıqlarda Avropa İttifaqının iştirakı nəzərdə tutulmur. Rusiya, ABŞ və Ukrayna arasında görüşün Əbu-Dabidə keçirilməsi planlaşdırılır. Kreml danışıqların noyabrın 10-dan sonra baş tutacağını açıqlayıb, Polşanın baş naziri isə görüşün noyabrın 4-nə planlaşdırıldığını bildirib.
Əsas mənbə: APA
