Vətənim Media xəbər verir ki, noyabrın 2-də Yasamalın bir sıra ərazilərində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
“Azərişıq”ın APA-ya verdiyi məlumata görə, transformator məntəqəsində təmir aparılacaq. Məhdudiyyət Abuzər Xələfov, Mirəli Seyidov, Şəfayət Mehdiyev, Tələt Qasımov və Uluxanlı küçələrini, Hüseyn Cavid və Mətbuat prospektlərini, eləcə də İkinci Alatava yaşayış massivinin bir hissəsini əhatə edəcək. İşlərin enerji təchizatının keyfiyyətini artırmaq və artan yük tələbatını qarşılamaq məqsədi daşıdığı bildirilib.
Əsas mənbə: APA
