Vətənim Media xəbər verir ki, oktyabrın 21-də Yasamal, Nizami və Binəqədi rayonlarının bəzi ərazilərində təmir və yoxlama işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Yasamalda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Həsən bəy Zərdabi, Xaqan Dadaşov, Xıdır Mustafayev və Mirəli Seyidov küçələrinin bir hissəsində, Nizamidə isə saat 09:00-dan 14:00-dək Bəhruz Nuriyev küçəsi, Babək və Qara Qarayev prospektlərinin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Həmin saatlarda Binəqədinin 9-cu mikrorayonunda, Mir Cəlal küçəsinin bir sıra yerlərində də elektrik verilişi dayandırılacaq. “Azərişıq” işlərin enerji təchizatının keyfiyyətini yüksəltməyə və artan yük tələbatını qarşılamağa xidmət etdiyini bildirib.
Əsas mənbə: APA
