KİV: Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
KİV: Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək

Vətənim Media xəbər verir ki, “Politico” ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfəri zamanı Vladimir Putinə Donald Tramp və Volodimir Zelenski ilə birbaşa danışıqlar aparmağı təklif edəcəyini yazıb.

Norveçin Baş naziri Yonas Qar Störe Uitkoffun Rusiyada sülh yolu ilə nizamlanma təkliflərini, o cümlədən üçtərəfli görüş ideyasını müzakirə edəcəyini bildirib. Störenin sözlərinə görə, bu təşəbbüs liderlər səviyyəsində görüşə yol aça bilər.

Ukrayna Prezidenti Volodimir Zelenski üçtərəfli görüş ideyasını mühüm addım adlandırıb. O bildirib ki, müharibənin başa çatdırılması ilə bağlı bəzi məsələləri yalnız dövlət başçıları həll edə bilər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗