Vətənim Media xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, Bitcoin-in qiyməti son 24 saatda 1,17% artaraq 78 530,34 ABŞ dollarına çatıb. Bununla belə, kriptovalyuta son 7 gündə 1,64%, son 30 gündə isə 7,22% ucuzlaşıb.
Son sutkada Ethereum 1,88% bahalaşaraq 2 305,35 dollara, BNB isə 1,54% artaraq 713,09 dollara yüksəlib. CoinMarketCap 20 indeksi 1,38% artımla 159,68 bənd təşkil edib. Bitcoin-in bazar kapitallaşması 1,58 trilyon dollara yaxınlaşıb.
Əsas mənbə: APA
