Vətənim Media xəbər verir ki, CoinMarketCap məlumatlarına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 2,03 faiz azalaraq 78 176,56 ABŞ dolları olub. Kriptovalyuta son 7 gündə 4,17, son 30 gündə isə 6,17 faiz ucuzlaşıb.
“Ethereum” 3,05 faiz ucuzlaşaraq 2 237,85 dollara, BNB isə 4,20 faiz azalaraq 716,01 dollara düşüb. “Bittensor”un qiyməti 4,31 faiz geriləyərək 236,96 dollar, “Quant”ın qiyməti isə 3,81 faiz azalaraq 184,23 dollar olub.
Bəzi kriptovalyutalar bahalaşıb: “Zcash” 3,27 faiz artaraq 1 278,53 dollara, “Monero” 4,01 faiz yüksələrək 608,90 dollara, “Bitcoin Cash” isə 1,94 faiz bahalaşaraq 284,13 dollara çatıb.
Əsas mənbə: APA
