Narkotikin təsiri altında avtobus idarə edən sürücü 20 gün həbs edildi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Narkotikin təsiri altında avtobus idarə edən sürücü 20 gün həbs edildi

Vətənim Media xəbər verir ki, Zaqatala sakini Elvin Məmmədov narkotikin təsiri altında avtobus idarə etdiyinə görə 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları manevr qaydalarını pozan “Daewoo” markalı avtobusu saxlayıblar. Sürücünün tibbi müayinəsi narkotik vasitənin təsiri altında olduğunu təsdiqləyib. Toplanmış materiallar məhkəməyə göndərilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗