Vətənim Media xəbər verir ki, Zaqatala şəhərindən keçən Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistralında yük maşınının vurduğu qadın xəstəxanada vəfat edib.
Hadisə zamanı Qax istiqamətində hərəkət edən Gürcüstan qeydiyyatlı iritonnajlı yük avtomobili yolun hərəkət hissəsində olan Firəngiz Məmmədovanı vurub. 1960-cı il təvəllüdlü qadın Zaqatalanın Faldarlı kənd sakini olub.
Ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Məmmədova əməliyyata götürülüb. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, əməliyyatdan bir qədər sonra dünyasını dəyişib.
Əsas mənbə: APA
